EN

Xarici vətəndaşların Azərbaycanda aldığı mülklərin sayı - Siyahı

Bakı.Trend:

2021-2025-ci illər ərzində xarici ölkə vətəndaşları Azərbaycandaümumilikdə 6913 daşınmaz əmlak əldə edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmlak Məsələləri üzrəDövlət Komitəsindən bildirilib.

Bildirilir ki, 2021-2025-ci illər ərzində Azərbaycanda ən çoxdaşınmaz əmlak alan xarici ölkə vətəndaşları RusiyaFederasiyasından olub.

"2021-2025-ci illər ərzində Rusiya vətəndaşlarının Azərbaycandaaldığı daşınmaz əmlak sayı 4638 olub. Siyahının ilk onluğundaRusiyadan sonra Gürcüstan (716), Türkiyə (312), Ukrayna (198), İran(187), Qazaxıstan (160), Almaniya (105), ABŞ (72), Albaniya (63) vəİsrail (58) yer alır", - məlumatda qeyd edilib.



Rəsmi məlumatlara görə, xarici vətəndaşların Azərbaycanda daşınmazəmlaka marağı son illər ərzində davamlı xarakter alıb.Mütəxəssislər bu tendensiyanın ölkənin investisiya mühiti vəregional cəlbediciliyi ilə bağlı olduğunu bildirirlər.

Chosen
29
5
az.trend.az

6Sources