Ajans.az xəbər verir ki, məlumatı "The Times" qəzeti yayıb. Qəzet yazır ki, altı RAF F-35B qırıcısı 6 fevralda İngiltərənin şərqindəki Marham Hava Bazasından yola düşüb və Kiprə yerləşdirilib. Eurofighter Typhoon qırıcıları da hazırda Akrotiridə yerləşir. 22 yanvarda Böyük Britaniya Müdafiə Nazirliyi yerli hakimiyyət orqanlarının xahişi ilə Qətərə "Eurofighter Typhoon" qırıcılarının göndərildiyini elan edib. Daha əvvəl "The Guardian" qəzeti müdafiə mənbələrinə istinadən xəbər vermişdi ki, İrana mümkün zərbə endiriləcəyi təqdirdə Böyük Britaniyanın ABŞ-a kömək göstərməsi ehtimalı azdır. Nəşr həmçinin Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki müttəfiqlərini qorumaq üçün İranın cavab zərbəsini dəf etməkdə iştirak edə biləcəyini qeyd etmişdi.