ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton üçün əsas şərt İranın nüvə silahına sahib olmamasıdır.
Leqal.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Ən vacib məsələ odur ki, nüvə silahı olmayacaq. Əgər biz bu razılaşmanı iki il əvvəl əldə edə bilsəydik, yaxşı olardı. Lakin onlar buna razı deyildilər. İndi isə razıdırlar”, – Tramp qeyd edib.
O vurğulayıb ki, İran hazırda bir il yarım əvvəl olduğundan daha geniş güzəştlərə getməyə hazırdır.
ABŞ lideri həmçinin qeyd edib ki, əgər Tehran bu cür razılaşmanı danışıqların əvvəlində təklif etsəydi, sənəd dərhal qəbul olunardı.
Leqal.info