EN

Uşaqları təhdid edən qlobal təhlükə: Dünya ölkələri hərəkətə keçdi

İnternet və sosial media olmadan müasir dünyanı təsəvvür etmək mümkün deyil. Lakin bu resurslar rahat və əlçatan olsa da, xüsusilə yetkinlik yaşına çatmayanlar üçün ciddi risklər də daşıyır. Virtual dünya uşaq və yeniyetmələrə xüsusilə güclü təsir göstərir. Gec də olsa, artıq dünya ölkələri həyəcan təbili çalmağa başlayıb.

Qadağanı dəstəkləyən ilk Avropa ölkəsi

Fransada 15 yaşdan kiçik bütün yetkinlik yaşına çatmayanların sosial mediaya girişini qadağan edən qanun layihəsi hazırlanıb. Layihə Assambleyada təsdiqləndikdən sonra Senat (Fransa parlamentinin yuxarı palatası) tərəfindən nəzərdən keçiriləcək və Prezident Emmanuel Makron tərəfindən imzalanacaq. Bunun 1 sentyabr 2026-cı ildə baş verəcəyi gözlənilir. Nəhayət qəbul edilərsə, Fransa sosial mediaya giriş üçün yaş həddi müəyyən edən ilk Avropa ölkəsi olacaq. Hansı platformaların məhdudiyyətlərə məruz qalacağı hələ dəqiqləşdirilməyib, lakin məlumdur ki, qanun layihəsi təhsil resurslarına və "Vikipediya" kimi onlayn ensiklopediyalara təsir göstərməyəcək. Digər məsələlərlə yanaşı, orta məktəbdə mobil telefonların istifadəsinin də qadağan edilməsi təklif edilir. Təşəbbüs Prezident Emmanuel Makron tərəfindən fəal şəkildə dəstəklənir. O bildirib ki, Fransa uşaqlarının beyinləri nə Amerika platformaları, nə də Çin alqoritmləri tərəfindən manipulyasiya edilməməlidir.

Chosen
12
publika.az

1Sources