ABŞ Prezidenti Donald Tramp İranla ticarət əlaqələrinə davam edən ölkələrə qarşı rüsumların artırılmasına icazə verən fərman imzalayıb.
“Cebheinfo.az” xarici KİV-ə istinadən xəbər verir ki, sənəddə, məsələn, birbaşa və ya dolayı yolla İran mallarını və ya xidmətlərini alan ölkələrdən idxal edilən mallara 25 faiz əlavə advalor rüsumunun tətbiqi nəzərdə tutulur.
İranın əsas ixracatı neftdir. Bu daşınmaların təxminən 80 faizinin Çinə getdiyi bildirilir. Amma bu rəqəmlər Çin statistikasında göstərilmir.
Xammal Malaziya və İndoneziya adı ilə yüklənərək üçüncü ölkələrə daşınması kimi qeydə alınır.