EN

Salyanda 86 yaşlı kişi itkin düşdü - FOTO

Salyanda 86 yaşlı kişi itkin düşüb. 

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini 1940-cı il təvəllüdlü Nəsirov Rafayət İxtiyar oğlu yanvarın 31-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

R.Nəsirovun əlamətləri belədir: boyu 165 sm, ağ saçlı, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 070 560 55 44) məlumat vermələri xahiş olunur.

  • Salyanda
  • Salyanda
Chosen
9
16
day.az

10Sources