EN

Xarici vətəndaşların Azərbaycanda aldığı mülklərin sayı - Siyahı

2021-2025-ci illər ərzində xarici ölkə vətəndaşları Azərbaycanda ümumilikdə 6913 daşınmaz əmlak əldə edib.

Bu barədə Trend-ə Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, 2021-2025-ci illər ərzində Azərbaycanda ən çox daşınmaz əmlak alan xarici ölkə vətəndaşları Rusiya Federasiyasından olub.

"2021-2025-ci illər ərzində Rusiya vətəndaşlarının Azərbaycanda aldığı daşınmaz əmlak sayı 4638 olub. Siyahının ilk onluğunda Rusiyadan sonra Gürcüstan (716), Türkiyə (312), Ukrayna (198), İran (187), Qazaxıstan (160), Almaniya (105), ABŞ (72), Albaniya (63) və İsrail (58) yer alır", - məlumatda qeyd edilib.

Chosen
12
5
aznews.az

6Sources