EN

Ronaldonun boykotu Səudiyyə liqasına 2,4 milyard dollar ziyan vurub

Bakı. Trend:

Amerikanın “FOX Sports” telekanalı portuqaliyalı hücumçuKriştiano Ronaldonun “Əl-Nəsr”in oyunlarını boykot etməsi fonundaSəudiyyə Ərəbistanı futbol çempionatının matçlarının yayımınıdayandırmaq barədə qərar qəbul edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, bu qərarla əlaqədar liqa artıq qlobal media vəkommersiya layihələri ilə bağlı 2,4 milyard dollar məbləğindəzərərə məruz qalıb. Qeyd olunur ki, “FOX Sports” SəudiyyəƏrəbistanı çempionatının işıqlandırılmasından imtina edən ilk iribeynəlxalq telekanal olub.

Qeyd edək ki, Ronaldo “Əl-Nəsr”in son iki oyununu buraxıb.Bundan əvvəl Portuqaliyanın "A Bola" qəzeti futbolçunun oyunuboykot edə biləcəyi barədə məlumat vermişdi. Mənbənin məlumatınagörə, Ronaldo Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondununklubu idarə etmə tərzindən narazıdır (xüsusilə də eyni qurumunidarə etdiyi rəqib komandalarla müqayisədə). Hücumçu hesab edir ki,komanda cari transfer pəncərəsində heyəti kifayət qədərgücləndirməyib.

Məqalədə:
Chosen
25
2
az.trend.az

3Sources