Bakı–Qazax avtomobil yolunun 56-cı km-liyində Qaradağ rayonu Qobustan qəsəbəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Ölkə.az DİN Mətbuat xidmətinə istinadən xəbər verir ki, sürücünün diqqətsizliyi səbəbindən “Mercedes” markalı yük avtomobili yol kənarında dayanan digər yük avtomobili ilə toqquşub. Qəza nəticəsində ölüm hadisəsi olmasa da, bir nəfər xəsarət alıb, qəza törədən avtomobilin damı isə tamamilə dağılıb.
Faktla bağlı araşdırma aparılır.
Mürtəza