Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.
Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkədə şahmatın kütləviliyinin artırıldığını və gənc istedadların üzə çıxarılması üçün bu cür daxili çempionatların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan çempionatlarının səviyyəsinin artdığını deyib.
Azərbaycan çempionatının iştirakçıları təqdim olunduqdan sonra püşk atılıb. Bununla da yarış açıq elan olunub.
Qeyd edək ki, Azərbaycan çempionatında 46 şahmatçı iştirak edir. Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.
Turnirə fevralın 22-də yekun vurulacaq.
Qabil YUSİFOĞLU
XQ