EN

Azərbaycan Basketbol Liqası: NTD “Gəncə”ni qəbul edəcək

Bu gün Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir matçı keçiriləcək.

Bizim.Media xəbər verir ki, A qrupunda NTD “Gəncə” ilə qarşılaşacaq. Görüş Gəncə Olimpiya İdman Kompleksində saat 14:00-da başlayacaq.

Turnir cədvəlində “Gəncə” 22 xalla dördüncü pillədə qərarlaşıb. NTD isə 17 xalla altıncıdır.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” “Sərhədçi”ni (97:89), “Ordu” “Naxçıvan”ı (95:92) məğlub edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
7
bizim.media

1Sources