EN

Klub yeni transferindən narazıdır

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Klub yeni transferindən narazıdır

"Tottenhem" klubu qış transfer pəncərəsində həyata keçirdiyi səs-küylü transferindən məmnun deyil.

QOL.az "Topskills Sports UK"a istinadən xəbər verir ki, klub yarımmüdafiəçi Konor Qallaherin transferinə xərclənən böyük məbləğə görə heyfslənir.

Məlumata görə, futbolçunun Madrid klubunda ehtiyatda qalması təsadüfi olmayıb. Onun oyun səviyyəsi İspaniya təmsilçisini qane etməyib. Məhz buna görə də "Atletiko" bir neçə ay ərzində onu maliyyə imkanları geniş olan Premyer Liqa klublarına satmağa çalışıb.

Qeyd edək ki, 26 yaşlı Qallaher yanvarın ortalarında "Tottenhem"ə keçib və 2031-ci ilə qədər müqavilə imzalayıb. O, yeni komandasında indiyədək cəmi 3 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
65
1
qol.az

2Sources