Yazını böyüt
Yazını kiçilt
Ötən gün səhər saatlarında “İdrak” liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.
Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, onun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, dünən "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.