EN

Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş anım mərasimləri keçirildi

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Rüfət Əsgərov, Adıgözəl Bəşirov, İsmayıl Mehdiyev və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilb.

Bildirilib ki, əvvəlcə şəhidlərimizin məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla anılıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində və 269 nömrəli orta məktəbdə təşkil edilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Chosen
11
6
publika.az

8Sources