Gununsesi saytına istinadən ain.az xəbər verir.
“Artıq israfçılıqla müşayiət olunan dəbdəbəli yas mərasimlərinin qarşısının alınması üçün din xadimlərinin də çağırışlarına rast gəlirik”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında dinşunas Tural İrfan deyib:
“Bu müsbət haldır. Daha çox camaat içində olduqları üçün onların da bu məsələ ilə əlaqədar təbliğatına ehtiyac var.
Sağlam düşüncəli, millətini, xalqını, dövlətini sevən din xadimlərimiz var. Yas məclislərində bahalı menyuların təqdim olunması, ciddi israfa yol verilməsi, yas sahibinin borca düşməsi kimi hallar eyni zamanda maddi – sosial vəziyyəti ağırlaşdırır. Mənəvi dəyərlərimiz yönündən də doğru sayılmır. Yas məclisi təsəlli, səbr, dua və sosiallaşma, həmdərd olmaq üçündür. Qarın doldurmaq yeri deyil. Əksinə yas sahbinə yemək, ərzaq aparmaq, bir işin qulpundan tutmaq yeridir.
Ümid edirəm ki, din xadimlərinin də bu yöndə maarifləndirmə və çağırışları faydalı olacaqdır. Bu sahədə sağlam təbliğat aparan din xadimlərinə şəxsən təşəkkür edirəm”.
Şəbnəm
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.