ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Ötən gün Abşeron rayonunun Xırdalan qəsəbəsində məktəblinin döyülməsi hadisəsi ilə bağlı görüntülər Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisində çəkilməyib".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbindən verilib.
Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan ərazi Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisi deyil və hadisə təhsil müəssisəsində tədris prosesinin aparılmadığı vaxtda baş verib.
"Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Uşaqların yeniyetməlik dövründə olduğunu nəzərə alaraq ictimaiyyətdən bu mövzuda həssas davranmalarını, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edirik", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.