EN

Türkiyədə sürpriz gəlişmə: 7 partiya birləşir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə siyasətində "Üçüncü yol"un başlanılması ilə bağlı müzakirələr getdikcə artır.

"Cebheinfo.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) “Yeni yol” qrupunu təşkil edən Səadət, Gələcək və DEVA partiyaları ilə Yenidən Refah Partiyası (YRP) arasında əməkdaşlıq ehtimalının gücləndiyi bildirilir. 

Partiya liderlərinin vahid bir çətir altında birləşməyə açıq olduqları qeyd edilir.Planlaşdırılan struktur, hakim partiya ilə əlaqələrini kəsmiş, lakin hələ kimə səs verəcəklərinə qərar verməmiş seçiciləri bir araya gətirməyi hədəfləyir.

Bu siyasi quruluşun gələcəkdə seçki ittifaqları vasitəsilə daha da genişləndirilməsi planlaşdırılır.

Siyasi dairələr onların digər partiyalarla - İYİ Partiyası, Anahtar Partiyası və Demokrat Partiyası ilə də əlaqədə olduğunu müzakirə edirlər.Müzakirələrin yalnız parlament hesabı ilə məhdudlaşmayacağı, seçki prosesində əməkdaşlıq üçün daha geniş əsas axtaracağı bildirilir.

Xəbər verilir ki, Səadət Partiyası və Yenidən Refah Partiyası, İYİ Partiyası ilə ittifaqa açıqdırlar. YRP sədri Fatih Ərbakan, 1991-ci ildə Rifah Partiyası, Milliyyətçi Əmək Partiyası və İslahatçı Demokratiya Partiyası arasında qurulan ittifaqı xatırladaraq, "Milli Görüş-İYİ Partiyası ittifaqının mümkün olduğunu" bildirib.

Səadət Partiyasının sədri Mahmut Arıkan müzakirələrin davam edəcəyini və gələcək görüşlərdə konkret mövzuların müzakirə olunacağını açıqlayıb. İYİ Partiyasının sədri Müsavat Dervişoğlu "Sağ mərkəzçi siyasəti dirçəltmək üçün birlik məşəlini yandıracağam" deyərək əməkdaşlıq barədə açıq bir mesaj verib.

Bildirilir ki, partiya sədrləri səviyyəsində təmaslarla yanaşı, əyalət səviyyəsində də müzakirələr davam edir.

"Üçüncü yol" axtaran bəzi partiya sədrlərinin prezidentliyə namizədliyini elan etməsi, yaradılacaq ittifaqın yalnız prezident seçkiləri ilə məhdudlaşmayacağını, həm də parlament seçkilərini əhatə edə biləcəyini göstərir.

Nigar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
100
1
cebheinfo.az

2Sources