Məşhur televiziya aparıcısı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovdan boşanması barədə şayiələr yayılmaqdadır.BUTA.TV xəbər verir ki, Alidə Mustafayeva Oxu.az-a açıqlamasında sözügedən iddiaların həqiqəti əks etdirmədiyini bildirib. "Mediada ayrılmağımız haqqında yayımlanan məlumatlar tamamilə əsassızdır", - deyə A.Mustafayeva qeyd edib. Xatırladaq ki, cütlüyün toy mərasimi 2024-cü ilin fevral ayında baş tutub.