EN

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

Moskva, 7 fevral, AZƏRTAC

Həkimlər Rusiya ordusunun sui-qəsdə uğrayan general-leytenantı Vladimir Alekseyevin həyatı üçün heç bir təhlükənin olmadığını bildirirlər.

AZƏRTAC xəbər verir ki, tibb dairələri bu barədə TASS-a məlumat veriblər.

Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi fevralın 6-da Moskvada baş verib. Volokolamsk şossesindəki yaşayış binasında naməlum şəxs onun kürəyinə bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.

İstintaq orqanları qəsdən adamöldürməyə cəhd və qanunsuz odlu silah qaçaqmalçılığı ittihamları ilə cinayət işi açıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
61
3
azertag.az

4Sources