EN

“Mançester Siti”də Qvardiola dövrü bitir?

style='margin-bottom:10px;'>

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

QOL.az “ESPN”ə istinadən xəbər verir ki, klub rəsmiləri ispaniyalı mütəxəssisin planlarından hələ də xəbərsiz olduqlarını bildirirlər. 

Buna baxmayaraq Qvardiolanın yayda komandanı tərk edəcəyi ilə bağlı söz-söhbətlər səngimir. “Mirror”un məlumatına görə, klub rəhbərliyi mümkün ayrılığa hazırdır və bundan çəkinmir. Klubun sədri Xaldun Əl-Mubarak xələf seçimində Qvardiolanın məsləhətlərini də nəzərə alacaq. Məqsəd “Mançester Yunayted”in (Ferqyusondan sonra) və “Arsenal”ın (Vengerdən sonra) yaşadığı tənəzzülü təkrarlamamaqdır.

Artıq “şəhərlilər”in baş məşqçi postu üçün 3 əsas namizədi də var: Enzo Mareska, Xabi Alonso və Sesk Fabreqas. 

Qvardiola isə mətbuata açıqlamasında müqaviləsinin hələ qüvvədə olduğunu vurğulayıb:

"Milyon dəfə demişəm, müqaviləm var. Artıq 10 ildir buradayam. Bir gün gedəcəyəm, amma hələlik sözləşməm qüvvədədir".

Təcrübəli mütəxəssis klubdan ayrıldıqdan sonra məşqçiliyə fasilə verəcəyini də bildirib.

Qeyd edək ki, bu həftə “Nyukasl”ı məğlub edərək Liqa Kubokunun finalına yüksələn və həlledici matçda “Arsenal”la qarşılaşacaq “Mançester Siti” bazar günü Premyer Liqada “Enfild”də “Liverpul”un qonağı olacaq.

Chosen
27
1
teleqraf.com

2Sources