Bakı. Trend:
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ınrəqibi olan "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali PremyerLiqada klubunu dəyişə bilər.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Arsenal" italiyalı futbolçununxidmətində maraqlıdır.
"Arsenal" yayda Tonalini heyətinə qatmağa çalışacaq. Londonklubu 25 yaşlı dayaq yarımmüdafiəçisi üçün 100 milyonfunt-sterlinqlik təklif göndərəcək.
"Nyukasl" Sandro Tonalini 2023-cü ilin yayında "Milan"dan 60milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm"sağsağanlar"ın heyətində meydana çıxdığı 36 rəsmi matçda 5 qolötürməsi edib.
Qeyd edək ki, "Qarabağ"ın "Nyukasl"la ilk oyunu fevralın 18-dəBakıda keçiriləcək. Komandalar arasındakı cavab görüşü isə ayın24-dən 25-nə keçən gecə "Sent Ceyms Park"da baş tutacaq.