"Yuventus" Kenan Yıldızla şifahi razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, türkiyəli futbolçu maaşının artırılması şərti ilə yeni sözləşməyə imza atmağa razılaşıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Müqavilənin müddəti 4 illik olacaq.
Yeni kontrakta əsasən, K. Yıldız klubda ən yüksək maaş alan futbolçulardan birinə çevriləcək.