"Qalatasaray" azarkeşlərinin sevimlisinə çevrilən Saşa Boye İstanbula dönüşü barədə təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, "Bayer Münhen"dən mövsümün sonuna qədər icarəyə götürülən ulduz futbolçu transferi ilə bağlı duyğularını bu sözlərlə ifadə edib:
"Buraya dönmək mənim üçün evimə qayıtmaq kimidir. "Qalatasaray" bir hiss komandasıdır və mən hər zamankındən daha təcrübəli, daha istəkli şəkildə qayıtmışam. Daşımaqdan hər zaman qürur duyduğum bu forma üçün yenidən hər şeyimi verməyə hazıram".
Klubun rəsmi məlumatına görə, "sarı-qırmızılılar" bu transfer üçün Almaniya klubuna 500 min avro icarə haqqı ödəyəcək. 25 yaşlı müdafiəçiyə isə mövsümün sonuna qədər 1 milyon 750 min avro maaş veriləcək. Müqavilədə həmçinin 15 milyon avroluq qeyri-məcburi satınalma bəndi də yer alıb.
"Bayer Münhen"də 38 matça çıxan Saşa Boye, ötən mövsüm Bundesliqa çempionluğu sevincini də yaşayıb.
Kamil Xudiyev