EN

Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərci 12 % azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 3,18 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,9 % azdır.

Hesabat dövründə Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 4,9 % azalaraq 1,341 milyard ABŞ dollarına düşüb.

Türkiyədən ən çox geyim idxalını Almaniya 224 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 13,6 % az), Niderland 145 milyon ABŞ dolları (4,8 % az) və İspaniya 125 milyon ABŞ dolları (0,3 % çox) dəyərində həyata keçirib.

Chosen
24
3
sia.az

4Sources