EN

Direktordan şikayət videosu çəkən müəllim barədə tədbir görülüb

Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə Bərdə rayon Lənbəran kənd tam orta məktəbində dərsə davamiyyətlə bağlı yayılan görüntülərlə əlaqədar bildiririk ki, məsələ nəzarətə götürülüb.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Qarabag Regional Təhsil İdarəsindən bildirilib.

Məlumata görə, Qarabağ Regional Təhsil İdarəsi tərəfindən aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən gün 11-ci sinif şagirdləri 6-cı saatda fizika fənn müəllimi Hümbətov Qasım Ramiz oğlunun icazəsi ilə evə buraxılıblar. Bu səbəbdən həmin dərs saatlarında şagirdlərin iştirakı qeydə alınmayıb:

"Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərlə söhbət aparılıb, aidiyyəti qrumlara müraciət edilib. Hazırda məktəbdə tədris prosesi gündəlik əsasda monitorinq olunur, əlavə nəzarət tədbirləri gücləndirilib.

Eyni zamanda, qeyd olunan videogörüntüləri paylaşan müəllim barəsində “Təhsil verənlərin etik davranış qaydaları”nın pozulması ilə əlaqədar müvafiq tədbir görülüb".

Qeyd edək ki, Bərdə rayonu Lənbəran kənd tam orta məktəbinin fizika müəllimi Qasım Hümmətov sosial şəbəkə hesabında paylaşdığı videoçarxda 11-ci sinif şagirdlərinin dərsə gəlmədiyini iddia edib. Müəllimin yaydığı görüntülərdə sinif otağının boş olduğu görünür.

Chosen
7
5
hafta.az

10Sources