“Bavariya” 21-ci tur çərçivəsində “Hoffenhaym” ilə keçirəcəyi matç öncəsi Harri Keyn və Manuel Noyerin durumuna aydınlıq gətirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli hücumçu məşqləri bərpa edib, lakin qapıçı Noyer hələlik xəstəlik səbəbindən komandaya qoşula bilmir.
Qeyd edək ki, görüş 8 fevral tarixində baş tutacaq və Bakı vaxtı ilə saat 19:30 start götürəcək. Turnir cədvəlinə baxdıqda, “Bavariya” liderliyi tutur, “Hoffenhaym” isə üçüncü yerdə qərarlaşıb.