“İran raket proqramı üzrə danışıqlar aparmayacaq”.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera“ telekanalına müsahibəsində deyib.
O, sözügedən danışıqları sırf müdafiə xarakterli məsələ adlandırıb.
Əraqçi müsahibəsində Vaşinqtonla son təmasların “yaxşı başlanğıc nöqtəsi” olduğunu qeyd etsə də, etimadın möhkəmləndirilməsi üçün hələ uzun yol olduğunu vurğulayıb.
Nazir bildirib ki, bir gün əvvəl keçirilən danışıqlar dolayı formatda olub və yalnız nüvə məsələsi ilə məhdudlaşıb.