Bu həftə “Azeri Light CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” və “Dated Brent” markalı neftin orta qiymətləri azalıb.
Hafta.az xəbər verir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan Azeri Light CIF markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,76 ABŞ dolları və ya 1,1% azalaraq bir barel üçün 70 ABŞ dolları təşkil edib.
Həftə ərzində bir barelin maksimal qiyməti 70,70 ABŞ dolları, minimal qiyməti isə 69,72 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 67,47 ABŞ dolları səviyyəsində olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 0,67 ABŞ dolları və ya 1% azdır.
Həftə üzrə ən yüksək qiymət 68,19 ABŞ dolları, minimal qiymət isə 67,16 ABŞ dolları təşkil edib.
“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,15 ABŞ dolları və ya 0,4% azalaraq bir barel üçün 39,32 ABŞ dolları olub. Həftə ərzində maksimal qiymət 40,27 ABŞ dolları, minimal qiymət isə 38,56 ABŞ dolları səviyyəsində qeydə alınıb.
“Dated Brent” markalı neftin orta qiyməti bir barel üçün 69,89 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 0,51 ABŞ dolları və ya 0,7% azdır. Həftə ərzində bu markalı neftin maksimal qiyməti 71,40 ABŞ dolları, minimal qiyməti isə 68,77 ABŞ dolları olub.
| Neft/Tarix | 02.02.2026 | 03.02.2026 | 04.02.2026 | 05.02.2026 | 06.02.2026 | Orta qiymət |
| Azeri LT CIF | $69.72 | $69.80 | - | $69.77 | $70.70 | $70.00 |
| Azeri Light FOB Ceyhan | $67.16 | $67.27 | - | $67.27 | $68.19 | $67.47 |
| Urals (EX NOVO) | $38.56 | $39.20 | - | $39.24 | $40.27 | $39.32 |
| Dated Brent | $68.77 | $69.69 | - | $69.70 | $71.40 | $69.89 |