Naxçıvan, 7 fevral, AZƏRTAC
Naxçıvan şəhərinin Tumbul kəndini mavi yanacaqla təmin edən boruda sızma yaranıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sızmanın aradan qaldırılması məqsədilə 550 abonentin təbii qaz təchizatında məhdudiyyət olacaq.
Təmir işləri yekunlaşdıqdan sonra kəndə qazın verilişi bərpa ediləcək.