EN

Bu yol “Balaxanıneft”in mühafizəsi altında sıradan çıxarılır - FOTOLAR

Şəhər şosesindən Bakının Balaxanı qəsəbəsinə aparan əsas mərkəzi yol ciddi problemlə üz-üzədir. Sözügedən yol artıq normal nəqliyyat xətti olmaqdan çıxaraq, məsuliyyətsizlik və nəzarətsizliyin açıq nümunəsinə çevrilib.Yolun hər iki tərəfi gecə saatlarında ağır tonnajlı yük maşınları ilə daşınan tikinti tullantılarıyla doldurulub. Yağış yağan kimi bu tullantılar yuyularaq palçıq və gilli torpaq şəklində asfaltın üzərinə axır, yol faktiki olaraq keçilməz hala düşür.

"Unikal" Musavat.com-a istinadən xəbər verir ki, yayımlanan fotolarda asfalt örtüyü sıradan çıxıb, palçıq gölməçələri, çala-çuxurlar yaranıb.

Qeyd olunur ki, sözügedən ərazi “Balaxanıneft”in balansında olan sahədir. Ərazi mühafizə olunur, giriş-çıxışlar nəzarət altındadır, gecə-gündüz mühafizə xidməti fəaliyyət göstərir. Buna baxmayaraq, iri tonnajlı yük maşınları gecələr rahat şəkildə əraziyə daxil olur, tonlarla tikinti tullantısı boşaldır və heç nə olmamış kimi çıxıb gedir.

Bu, artıq adi səhlənkarlıq deyil. Bu, aylarla davam edən nəzarətsizliyə göz yumulmasıdır. Hətta prosesin səssiz razılaşma ilə baş verdiyi təəssüratı yaradır. Çünki bu qədər tullantının bir gecədə, bir nəfərin təşəbbüsü ilə atılması mümkün deyil. Söhbət 100 iriqabaritli yük maşını tullantıdan gedir.

Chosen
90
50
unikal.az

10Sources