EN

Stadionun vəziyyətinə görə matç təxirə salındı

style='margin-bottom:10px;'>

İspaniya La Liqasında bu gün keçirilməli olan "Rayo Valyekano" - "Real Oviedo" qarşılaşması baş tutmayacaq.

QOL.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, matç qeyri-müəyyən vaxta təxirə salınıb.

Qərar futbolçuların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib. Klubun bütün səylərinə baxmayaraq meydan sahiblərinin stadionunun qazonu təhlükəsizlik tələblərinə cavab vermir. Proqnozlaşdırılan yağışlı hava şəraiti isə vəziyyəti daha da çətinləşdirib.

Qeyd edək ki, "Rayo Valyekano" hazırda 22 xalla turnir cədvəlinin 18-ci pilləsində, təhlükəli zonada qərarlaşıb. 16 xalı olan "Real Oviedo" isə sonuncu yerdədir.

Chosen
26
3
teleqraf.com

4Sources