EN

Güllələnən müəllim palataya köçürüldü -YENİLƏNİB

Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.

Hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

***

12:37

Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti məlum olub.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

"Onun vəziyyəti stabil qiymətləndirilir", - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, ötən gün Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi Ə.Ş. liseyin müəlliməsi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.

Chosen
37
1
redaktor.az

10Sources