EN

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Pekin, 7 fevral, AZƏRTAC

Azərbaycan sumo güləşçisi Hüseyn Ağayev Tokioda 16-cı Hakuho kubokunda iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan atletlərinin nüfuzlu sumo yarışlarından hesab olunan Hakuho kubokunda ilk dəfə iştirakıdır. Fevralın 7-8-də keçirilən yarışda Hüseyn Ağayev 14-15 yaşlı atletlərin yarışın ilk 3 qarşılaşmasında yapon və braziliyalı rəqiblərinə qalib gələrək 1/16 finala yüksəlib. İdmançımız həmin turda yarışın əsas favoritlərindən olan digər yapon güləşçiyə məğlub olub.

Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov isə yarışda hakim kimi iştirak edir. O, artıq 3-cü ildir ki, Hakuho turnirində yeganə əcnəbi hakim olur.

Qeyd edək ki, son illər ölkəmizdə sumo idman növünə maraq çoxalır. Beynəlxalq Sumo Federasiyasının qərarına əsasən sumo üzrə dünya çempionatı bu ilin oktyabrında ilk dəfə olaraq Azərbaycanda keçiriləcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
5
azertag.az

6Sources