EN

"Gəncə" NTD-ni məğlub edib

Ajans.az-ın məlumatına görə, NTD "Gəncə"nin qonağı olub. Gəncə Olimpiya İdman Kompleksində gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 104:85. "Gəncə" A qrupunda 24 xalla üçüncü, NDT 18 xalla sonuncu altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) məğlub edib.

Chosen
8
9
Ajans.az

10Sources