Azərbaycan I Liqasında XIII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün Şamaxıda turun son qarşılaşması baş tutub.
Qış fasiləsində heyətini Nurlan Novruzov, Amil Yunanov, Fuad Bayramov, Bahadur Həziyev kimi Premyer Liqa təcrübəsi olan futbolçularla gücləndirən "Mingəçevir" aşkar autsayder "Şimal"ı sınağa çəkib. Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda nominal meydan sahibləri ilə qarşılaşmada 3 xalı 3 qolla qazanıb.
Həftəiçi keçirilən oyunlarında bu nəticələr qeydə alınıb: “Cəbrayıl” – MOİK 2:2, “Şəfa” – “Baku Sportinq” 1:1, “Zaqatala” – “Səbail” 0:1, "Şahdağ Qusar" - "Difai" 4:0.
Azərbaycan I Liqası
XIII tur
7 fevral
“Şimal” – “Mingəçevir” 0:3
Qollar: M.Səfərov, 15. B.Həziyev, 65-p. K.Kalunqa, 82.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elmin Süleymanov, Nahid Xasıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.