EN

Əliniz keyiyirsə, səbəb yorğunluq deyil - Həkimdən xəbərdarlıq

Barmaqlarda ağrı və keyimə, ön qollarda gücsüzlük, boyun və çiyin nahiyəsində yaranan gərginlik çox zaman sadə yorğunluq kimi qiymətləndirilsə də, əslində bədənin verdiyi ciddi xəbərdarlıq siqnalları ola bilər. Bu cür narahatlıqların səbəbi adətən klaviatura deyil, onun düzgün olmayan istifadəsidir.

Ölkə.az-ın milli.az-a istinadən məlumatına görə, rusiyalı terapevt Alina Əzizova RT-yə açıqlamasında düzgün erqonomikanın təmin edilməsinin və iş zamanı fasilələrə əməl olunmasının bu problemlərin qarşısını almaqda əsas rol oynadığını qeyd edib.

Mütəxəssis klaviaturanın masa kənarından təxminən 30 sm aralıda yerləşdirilməsini tövsiyə edir. Bu, dirsəklərin masa üzərində və ya stulun qoltuqaltılarında rahat və düzgün bucaq altında dayanmasına imkan verir. Həmçinin hər 30-60 dəqiqədən bir qısa fasilə vermək, əllər və barmaqlar üçün sadə isinmə hərəkətləri etmək faydalıdır. Yumruqları sıxıb buraxmaq və biləkləri yüngül şəkildə çevirmək əzələ gərginliyini azaltmağa kömək edir.

Əzizovanın sözlərinə görə, geniş yayılmış düşüncənin əksinə olaraq, çap zamanı əsas təhlükə barmaq oynaqlarının zədələnməsi deyil. Oynaqlar incə motor hərəkətlər üçün uyğunlaşmış quruluşa malikdir və yazı prosesi onlara ciddi yük yaratmır. Əsas risk əzələlər, vətərlər və sinirlərin uzun müddət həddindən artıq yüklənməsi ilə bağlıdır. Xüsusilə biləyin səhv mövqedə, daimi əyilmiş vəziyyətdə qalması bu riski artırır.

Belə uzunmüddətli statik yüklənmə nəticəsində karpal tunel sindromu yarana bilər. Bu sindrom bilək nahiyəsində median sinirin dar kanalda sıxılması ilə əlaqədardır və özünəməxsus əlamətlərlə müşahidə olunur.

Belə ki, baş, şəhadət və orta barmaqlarda, eləcə də ovuc içində ağrı və keyimə hiss olunur. Bu əlamətlər sancı, sıxılma və ya partlayıcı ağrı şəklində özünü göstərə, xüsusilə gecə saatlarında daha da şiddətlənə bilər.

Chosen
7
2
olke.az

3Sources