EN

Şəmkirdə törədilən qətlin bəzi detalları məlum olub - Şübhəli şəxs qonşuluqda yaşayıb

Şəmkir rayonunda 69 yaşlı qadının öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Teleqraf-ın Qərb bürosunun əldə etdiyi ilkin məlumata görə, hadisə rayonun Xuluf kəndində qeydə alınıb.

Öldürülən 1957-ci il təvəllüdlü Solmaz Mahmudova tək yaşayıb. Qadının həyat yoldaşı Süleyman Həsənov Xuluf kəndinin icra namayəndəsi vəzifəsində çalışıb. O, 2022-ci ildə vəfat edib. Ailənin isə övladı olmayıb.

Hadisəni törətməkdə təqsirli bilinən və saxlanılan1996-cı il təvəllüdlü Arzu Həmidli eyni kəndin sakinidir vəqonşuluqda yaşayıb.Öldürən S. Mahmudova təqaütçü olub.

Hazırda istintaq tədbirləri davam edir. Cinayətin nə məqsədlə törədildiyi araşdırlır.Məlumat üçün bildirək ki, ötən ilin dekabr ayında baş verən cinayət hadisəsi ilə bağlıBaş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

Chosen
26
5
teleqraf.com

6Sources