Qadın və kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqalarında növbəti turun proqramı bəlli olub.
Fanat.Az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası XIII turun oyun cədvəlini açıqlayıb.
Kişilərin mübarizəsində tur bir günə sığacaq və matçlar fevralın 11-də baş tutacaq. Qadınların qarşılaşmaları 12-13 fevralda təşkil olunacaq.
Yüksək Liqa (kişilər)
XIII tur
11 fevral
16:00. "Murov Az Terminal" - "Ordu"
Fövqəladə Hallar Nazirliyinin idman zalı
18:00. "Xilasedici" - "Azərreyl"
Fövqəladə Hallar Nazirliyinin idman zalı
17:00. "Gənclər" - "Neftçi"
Abşeron Olimpiya İdman Kompleksi
Yüksək Liqa (qadınlar)
XIII tur
12 fevral
16:00. "Azərreyl" - "Milli Aviasiya Akademiyası"
Azərbaycan Voleybol Federasiyasının idman zalı
18:00. "DH Volley" - "Turan"
Azərbaycan Voleybol Federasiyasının idman zalı
13 fevral
17:00. UNEC - "Murov Az Terminal"
UNEC-in idman zalı