Bakı. Trend:
Yanvar ayında Atakama səhrasında həvəskar astronomlar tərəfindənaşkar edilən kometanın aprelin əvvəlində Günəşə çox yaxın məsafədənkeçəcəyi gözlənilir.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Alimlər bildirirlər ki, əgər kometa parçalanmasa, hətta gündüzsaatlarında belə görünəcək qədər parlaq ola bilər.
Astronomların məlumatına görə, 13 yanvar 2026-cı ildə kəşfedilən C/2026 A1 (MAPS) məşhur “Kreutz” kometalar ailəsinədaxildir. Bu ailə min illər əvvəl parçalanmış böyük göy cismininqalıqlarından formalaşıb.
Hesablamalara əsasən, kometa Günəş səthinə təxminən 120 minkilometr məsafəyə qədər yaxınlaşacaq. “Günəşə toxunanlar”(sungrazer) adlandırılan bu tip kometalar ya Günəşin güclü istiliyisəbəbindən buxarlanır, ya da çox parlaq görünərək maraqlı səmamənzərəsi yaradır.
Mütəxəssislər bildirirlər ki, kometa bu yaxın keçidi sağlamkeçərsə, aprelin ortalarında axşam səmada parlaq şəkildə müşahidəoluna bilər. Hətta bəzi alimlər Günəşə ən yaxın anında onun gündüzvaxtı çılpaq gözlə seçilə biləcəyini istisna etmirlər.
Kometa əsasən Cənub yarımkürəsindən daha yaxşı müşahidəolunacaq.