Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri davam edir.
İdman.Biz xəbər verir ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir.
Yarışın ikinci günündə yığmanın 2 üzvü xalça üzərinə çıxıb.
Günay Qurbanova (59 kq) hindistanlı Rajnita Rajnıtaya tam üstünlüklə (16:3) qalib gəlsə də, yarımfinalda amerikalı Alexis Marie Janıaka (0:11) məğlub olub. Həmyerlimiz bürünc medal uğrunda mübarizədə almaniyalı Elena Heike Bruggera (0:7) uduzub.
Birgül Soltanova (68 kq) 1/8 finalda hindistanlı Nisha Nıshaya (1:8) uduzub.
Bu gün isə Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaq.