EN

Şəmkirdəki qətlin bəzi detalları məlum oldu

Şəmkir rayonunda 69 yaşlı qadının öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Xuluf kəndində qeydə alınıb.

Öldürülən 1957-ci il təvəllüdlü Solmaz Mahmudova tək yaşayıb. Qadının həyat yoldaşı Süleyman Həsənov Xuluf kəndinin icra nümayəndəsi vəzifəsində çalışıb. O, 2022-ci ildə vəfat edib. Ailənin isə övladı olmayıb.

Hadisəni törətməkdə təqsirli bilinən və saxlanılan 1996-cı il təvəllüdlü Arzu Həmidli eyni kəndin sakinidir və qonşuluqda yaşayıb. Öldürən S.Mahmudova təqaüdçü olub.

Chosen
8
5
publika.az

6Sources