EN

Avtomobili cərimə meydançasından çıxartmaq üçün nə qədər rüsum ödəməliyik? – HÜQUQİ İZAH

Son vaxtlar yol hərəkəti qaydalarının pozulması səbəbilə avtomobillərin cərimə meydançalarına — daha çox “ştrafnoy” kimi tanınan duracaqlara aparılması halları artıb. Bu isə sürücülər arasında “avtomobil duracağa qoyulanda nə qədər rüsum ödənilir?”, “hansı halda ödəniş tələb olunmur?” kimi sualları aktuallaşdırır.

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, avtomobil duracağa qoyulduğu gün gecə saat 12:00-a qədər götürülərsə, heç bir rüsum ödənilmir.

Tağı Hüseynov

“Əgər avtomobil gecə saat 12-ni keçdikdən sonra duracaqdan çıxarılarsa, bu halda avtomatik olaraq bir gün hesablanır.
Minik avtomobilləri üçün rüsum günə 1 manat təşkil edir. Rüsum avtomobilin duracaqda qaldığı günlərin sayına uyğun olaraq hesablanır”.

Qeyd edək ki, bu qayda yalnız rəsmi duracaqlara (ştrafnoya) aparılan nəqliyyat vasitələrinə şamil olunur.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
32
1
konkret.az

2Sources