EN

Çin şirkəti ötən il “Labubu” ilə əlaqəli 100 milyon məhsul satdı


Keçən il Çin şirkəti “Pop Mart” oyuncaqlar, açar zəncirləri və döş nişanları da daxil olmaqla təxminən 100 milyon “Labubu” ilə əlaqəli mal satıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin baş direktoru Van Nin məlumat yayıb.
Direktor əlavə edib ki, şirkət müxtəlif kateqoriyalar üzrə ümumilikdə 400 milyon məhsul satıb.
Onun sözlərinə görə, “Pop Mart”ın dünyanın 100-dən çox ölkəsində və bölgəsində 700-dən çox mağazası, eləcə də altı əsas logistika bazası var.
Chosen
24
yeniavaz.com

1Sources