İcarə əsasında "Jirona"da çıxış edən Mark-Andre ter Ştegen əməliyyat olunub.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı qolkiperin bud əzələsi əməliyyatı uğurlu keçib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə məlumat verilməyib.
Qeyd edək ki, ter Ştegen qış transfer pəncərəsində "Jirona"ya icarəyə verilib. 33 yaşlı "əlcək sahibi" La Liqa təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi