EN

“Barselona” Avropa Super Liqasından çıxdı, “Real Madrid” tək qaldı

La Liqa çempionu “Barselona” Avropa Super Liqasından rəsmi olaraq çıxdığını açıqlayıb.

 

Sitat.info xəbər verir ki, klub bununla bağlı yaydığı bəyanatda mübahisəli layihədə iştirakını dayandırdığını təsdiqləyib. Kataloniya təmsilçisi Super Liqa təşəbbüsünə qoşulan ilk 12 klubdan biri olsa da, layihədən ayrılan son klublardan biri olub.“Barselona”nın qərarından sonra əzəli rəqibi “Real Madrid” Avropa Super Liqasını açıq şəkildə dəstəkləyən yeganə klub olaraq qalıb.

 

Qeyd edək ki, UEFA və milli liqaların sərt mövqeyi səbəbindən Avropa Super Liqası layihəsi faktiki olaraq uğursuzluğa düçar olub.

///Sfera.az

Chosen
19
sitat.info

1Sources