EN

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

Fransanın paytaxtı Parisdə "Böyük Dəbilqə" turniri keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycanın bir cüdoçusu yarışda finala adlayıb.

Bu, 60 kq dərəcəsində mübarizə aparan Balabəy Ağayev olub. O, yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizi (İsrail) üstələyib.

Ruslan Paşayev (66 kq) isə yarımfinalda uduzduğu üçün 3-cü yer uğrunda görüşə çıxacaq.

Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) məğlub olaraq mübarizəni dayandırıb.

Bizim.Media

Chosen
5
5
bizim.media

10Sources