Qəzetin məlumatına görə, keçmiş nazir və qızı "vergi fırıldaqçılığı yolu ilə əldə edilmiş vəsaitlərin yuyulmasında" şübhəli bilinirlər. Prokurorlar diqqəti 2016-cı ildə Karolin Lanq və Epşteyn tərəfindən Vircin adalarında qeydiyyatdan keçirilmiş ofşor şirkətə yönəldiblər. Cek Lanqın özü də şirkətin sahibləri arasında olub. Bundan əlavə, Epşteynin vəsiyyətnaməsində keçmiş fransız məmurunun qızının 5 milyon dollara haqqı olduğu qeyd olunur.