EN

Hoteldə gizli kamera skandalı: İcazəsiz videoya çəkib porno sayta yüklədilər

Tez-tez porno saytına baxan kişi sevgilisi ilə hoteldə çəkilmiş görüntüləri ilə rastlaşıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Çində yaşanıb. “The Sun” qəzetinin məlumatına görə, Şençjendə yaşayan və Erik ləqəbindən istifadə edən şəxs görüntülərinin hoteldə gizlicə çəkildiyini öyrənib.

Videoda o və sevgilisinin birlikdə qaldıqları hotel otağında gəzərkən və çamadanlarını qoyarkən, daha sonra isə məhrəm anları görünür. Üç həftə əvvəl sözügedən hoteldə gecələyən cütlük otaqda gizli kamera olmasından xəbərsiz olublar.

Qeyd edək ki, gizli kameraların istifadəsi və onların platformalarda paylaşılması Çində uzun müddətdir davam edən problemə çevrilib. olub. Ölkədə yetkinlər üçün məzmunun dərc edilməsinə qadağa qoyulmasına baxmayaraq, yüzlərlə gizli kameradan minlərlə video onlayn platformalarda qanunsuz olaraq paylaşılır.

Müstəntiqlər işıq açarları ilə aktivləşdirilən kameralarla təchiz olunmuş hotel otaqlarından canlı yayımların hazırlandığını və bu məzmunun izləyicilərə ödənişli şəkildə təklif olunduğunu aşkarlayıb.

30 yaşlarında olan Erik videonun yayılmasından qorxduğu üçün psixoloji stress keçirdiyini bildirib. O deyib ki, sevgilisi də görüntülərin dostlarına və ya ailələrinə çatacağından qorxur. Hadisə cütlüyün münasibətlərində ciddi gərginliyə səbəb olub. Hətta son zamanlar onlar ictimai yerlərdə papaq taxdıqlarını və tanınmamaq üçün hotellərdən uzaq durduqlarını söyləyiblər.

Billurə
 

Chosen
87
1
olke.az

2Sources