EN

TİF, Kapital Bank və Visa Azərbaycan nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub (FOTO)

05 fevral 2026-cı il tarixində Təhsilin İnkişafı Fondu (TİF), Kapital Bank və Visa Azərbaycan nümayəndə heyəti Milli Aviasiya Akademiyasında (MAA) görüş keçirdib. Görüş çərçivəsində Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və Kapital Bank arasında əməkdaşlıq memorandumları imzalanıb.

AzNews.az xəbər verir ki, imzalanmış memorandumlara əsasən tərəflər elmin müvafiq sahələrinin inkişafı məqsədilə birgə fəaliyyətlərin həyata keçirilməsi, elmi işlərin hazırlanması zamanı qarşılıqlı rəy mübadiləsi, birgə tədris planlarının hazırlanması, müxtəlif mövzularda təlimlərin və elmi konfransların təşkili, həmçinin tələbələrin könüllülük və təcrübə proqramlarına cəlb olunması istiqamətində əməkdaşlıq edəcəklər.

Tədbiri giriş sözü ilə açan MAA-nın birinci prorektoru Ədalət Səmədov qonaqlara Akademiyanın rektoru, akademik Arif Paşayevin salamlarını çatdırıb. Prorektor çıxışında MAA-nın fəaliyyəti, strukturu və inkişaf mərhələləri barədə ətraflı məlumat verib. O, Akademiyada təhsil alan tələbələrin müasir bilik və bacarıqlarla yiyələnməsi istiqamətində görülən işlərdən, tətbiq olunan innovativ texnologiyalardan, eləcə də yeni quraşdırılmış, uçuşları tam imitasiya edən simulyatorlar və həyata keçirilən infrastruktur layihələrindən bəhs edib.

Daha sonra çıxış edən MAA-nın sosial və iqtisadi məsələlər üzrə prorektoru Gülnarə Əhmədova MAA-nın rektoru, akademik Arif Paşayevin Azərbaycan elminin, xüsusilə mülki aviasiya sahəsinin inkişafındakı mühüm xidmətlərindən danışıb.

O bildirib ki, “Tələbə Plus” layihəsi Akademiya üçün xüsusi əhəmiyyət daşıyır. Bu layihə vasitəsilə bir sıra proseslər optimallaşdırılır və əvvəllər ayrı-ayrılıqda icra olunan işlər mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Sözügedən kart həm MAA-ya giriş-çıxış sistemini təmin edir, həm də tələbə kartı funksiyasını yerinə yetirir.

Bir ekosisteminin və Kapital Bank-ın Baş İcraçı direktoru Fərid Hüseynov isə Akademiya ilə əməkdaşlığın bankın gələcəyə baxışını daha da gücləndirdiyi vurğulayıb. “Bu gün imzaladığımız memorandum əməkdaşlığımızı yeni mərhələyə daşıyır. Biz istəyirik ki, tələbələriniz sabahın mütəxəssisləri kimi yetişərkən bizim ekosistemin imkanlarından, təcrübə proqramlarımızdan və real layihələrimizdən maksimum faydalansınlar”.

Chosen
5
4
aznews.az

5Sources