EN

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

Milli Hidrometeorologiya Xidməti fevralın 8-9-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr olacaq.

Chosen
50
49
azerbaijan-news.az

10Sources